DSMF-nin Xocavənd rayon şöbəsinin müdiri prezidentin sərəncamından sui- istifadə edərək cibini doldurmaqla məşğuldur
Elxan Bayramovun sayəsində Xocavəndin sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.
Xocavənddən daxil olan məlumata görə rayon DSMF-nin rayon şöbəsinin müdiri Elxam Bayramov qurumda əməlli başlı “bazar” açıb. Bu bazar isə əsasən pensiya bazarından ibarətdir.
Saytımıza daxil olan məlumata görə hazırda Xocavənd rayonunda saxta yolla pensiyaya çıxmaq və yaxud pensiya müavinatını artırmaq çox asan bir məsələyə çevrilib. Məhz Elxan Bayramovun sayəsində Xocavəndin sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.
Saytımıza daxil olan məlumatda vurğulanır ki, prezident İlham Əliyevin ölkə vətəndaşlarının əməkhaqqlarının qaldırılması üçün verdiyi sərəncam Elxan Bayramovun işinə yarıyıb. Belə ki, idarə müdiri ki, büdcə təşkilatlarının işçilərindən rüşvət alaraq onların əmək haqqlarını qaldırmaqla yaxşıq azanc əldə edir.
Xocavənd sakinləri iddia edirlər ki, Elxan Bayramov hər bir işçidən minumum 200 manat rüşvət alıb. Həyata keçirtdiyi saxta işlər sayəsində Elxan Bayramov xeyli-sayda mal-mülk əldə etdiyi deyilir.
Araşdırmamız davam edir və mövzunu davam etdirəcəyik...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az
Digər xəbərlər
loading...