“Gənclərin Həmrəyliyi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar aparmaq, ailə dəyərlərinin təbliği istiqamətində dəyirmi masalar keçirmək” layihəsində start verib
Layihə 01.05.2018-ci il tarixdən 01.09.2018-ci il tarixədək həyata keçiriləcək.
Təşkilatdan verilən məlumata görə, layihə Azərbaycan milli ailəsinin illərcə mövcud olmuş dəyərli ənənələrini öyrənmək və bütün bunları cəmiyyətə təbliğ etməkdən bəhs edir.
Layihədə ailə ənənələri mövzusunda sosioloji araşdırmalar aparmağı, ailə ənənələri və mədəniyyətinin təbliği istiqamətində dəyirmi masalar təşkil etməyi, süfrə açılması ilə bağlı ailələr arasında yarışlar keçirməyi nəzərdə tutur.
Layihə Şəmkir və Tovuz rayonlarında həyata keçiriləcək.
Digər xəbərlər
loading...