Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər Aqil Layicov və Fəxrəddim Mehdiyev məhkəmə tərkibinə etiraz ediblər. Onlar səbəb göstəriblər ki, hazırlıq iclasının qərarında onlarım qaldırdığı 6 vəsatətdən yalnız ikisi qeyd olunub: "Bu da məhkəmənin obyektiv aparılmasına şübhələr yaradır”.
Hakim bildirib ki, vəsatət əsaslandırılmadığı üçün baxılmamış saxlanılıb.
Prosesdə Cahangir Hacıyevin anket məlumatları yenidən dəqiqləşdirilib.
Fəxrəddin Mehdiyev bildirib ki, müəyyən məsələləri məsləhətləşmək üçün Cahangir Hacıyevin vəkillərinin yanında əyləşməsinə şərait yaradılsın: "İstintaq təcridxanasında Cahangir Hacıyevə təzyiqlər var. Kamerası dəyişdirilib. Artıq məhkum olunmuş şəxslərin yanına köçürülüb. Soyuducudan məhrum edilib. Bunlar son prosesdən sonra baş verib. Soyuducusu əlindən alınandan sonra o ərzaq saxlaya bilmir deyə günlərcə ac qalır. Məhkəmə buna münasibət bildirməli və kömək etməlidir".
Cahangir Hacıyev verilən vəsatətlər təmin olunması istəyib: "Burda nə danışıq olur, mən eşitmirəm. Vəkillərimin yanında oturmaq istəyirəm".
Vəkil Aqil Layicov vəsatət verərək xahiş edib ki, Beynəlxalq Bankın sağlamlaşdırılması ilə bağlı sənədlər məhkəməyə təqdim edilsin.
Dövlər ittihamçısı bildirib ki, C.Haclyev ifadə verən zaman tribunaya gəlib ifadə verə bilər. "Əgər vəkilləri ilə məsləhətləşmək istəyirsə, prosesdə qısa fasilə verilə bilər".
Vəsatətlər təmin edilməyib.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. Cahangir Hacıyev bildirib ki, ittihamın bəzi hissələri ona aydın deyil.
Proses nahardan sonra davam edəcək.
Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddə ləri üzrə ittiham edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...