Roma Papası I Fransiskə məxsus "Lamborghini Huracan" Sotbiz hərracında satışa çıxarılacaq
Milliyol Trend-ə istinadən xəbər verir ki, hərrac mayın 12-də keçiriləcək.
Avtomobilin 350-450 min avro civarında satıla biləcəyi ehtimal olunur. Gəlirin bir hissəsi Afrika ailələrinə yardım edən iki xeyriyyə fonduna, qalan hissəsi isə İraq xristianlarının yardımına yönəldiləcək.
Qeyd edək ki, "Lamborghini Huracan" ötən ilin noyabrında şirkət tərəfindən Roma Papasına hədiyyə edilmişdi. Ağ rəngli avtomobildə I Fransiskin imzası yer alır.
Digər xəbərlər
loading...