Prezident Donald Tramp İranla müqaviləni pozduğuna görə tezliklə nüvə danışıqları qambitinin ilk ictimai testinə məruz qala bilər – ABŞ-a qarşı rəsmi şikayət
Xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən ay ABŞ-ın razılaşmadan sazişdən çıxdığı təqdirdə, İran təzminat üçün JCPAO hazırlanması üçün yaradılan Birgə Komissiyaya müraciət edə biləcəyini qeyd edib. Komissiya ABŞ-ın sanksiya siyasətinə dair heç bir səlahiyyətə malik deyil, lakin İran və qalan tərəfləri bir-birinə yaxınlaşdıra və ABŞ-ı təcrid edə bilər.
Prezident Barak Obama dövründə Dövlət Departamenti üçün razılaşmaya nəzarəti koordinasiya edən Carrett Blank “Əl-Monitor”a bildirib ki, “iranlıların Birgə Komissiyanın tərkibində bir şeylər etməsini gözləniləndir”. O əlavə edib: “İran burada həm risk, həm fürsət hiss edir. Fürsət ona görə ki on ildə ilk dəfə ABŞ-ın təşəbbüsü yoxdur. İran buna cəhd edə bilər, doğrudur, çətin olacaq, lakin onlar bizimlə və ən yaxın müttəfiqlərimiz arasında parçalanma yaratmağa çalışırlar”.
Zərif JCPOA ilə bağlı ötən ay “The New Yorker”-li Robin Raytla müsahibəsində şikayət məsələsini açıqlayıb. İran uranın zənginləşdirməsini bərpa etmək və ya hətta Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla, ABŞ-ın geri çəkilməsinə cavab və ya Trampın qərarı qüvvəyə mindikdən sonra JCPOA-nun Birgə Komissiyasına şikayət verə bilər.
Cavad Zərifin sözlərinə görə, bu prosesin məqsədi Birləşmiş Ştatları sazişə əməl etməyə məcbur etdirməkdir. “Əgər müqaviləni öldürmək istəyirlərsə, bu seçimi var, ancaq nəticələrlə üzləşməlidirlər. Kinli və çox təhlükəli nəticələrlə”.
JCPOA-dan söz açan Blank, Zərif və onun “müdir”i Həsən Ruhaninin qalan tərəfdaşlarla birgə razılaşmaya əməl edərək, sövdələşmənin uğurlarını möhkəmləndirməyə çalışacaqlarını deyib. Amma Zərif və Ruhaninin Qərblə nizamlama strategiyası dərin fəlakət içindədir, çünki prinsipçilər nüvə razılaşmasının bir nüsxəsini parlamentdə yandıraraq, “Amerikaya ölüm!” şüarı səsləndiriblər.
“Əgər Ruhani və Zərif buna cəhd etmək istəyirlərsə, onlara vaxt lazımdır. Onlar açıq şəkildə deməlidir: “Baxın, müqavilənin mexanizmi var və biz bu mexanizmlə işləyirik. Bu onlara danışıqlar aparmaq üçün fürsət verəcək”.
Carrett Blank əlavə edib: “Qanuni və qeyri-qanuniliklə bağlı bir çox şeylər var. ABŞ-ın İranı təcrid edən siyasəti müəyyən mənada, məncə, Ruhani üçün faydalı ola bilər”.
Şübhəli müqavilədən çıxmaq barədə daxili təzyiqə baxmayaraq, İran prezidenti bu günə qədər qalan tərəflərlə fövqəladə diplomatiya ilə məşğul olmaq barədə razılığa gəlib. Ruhani bildirib ki, Xarici İşlər Nazirliyinə gələn həftə Avropa ölkələri, Çin və Rusiya ilə danışıqlar aparmaq göstərişi verib. “Bu qısa müddətdə JCPOA-nın bütün tərəfləri ilə müqavilə qüvvədə qalacaq”.
Avropalılar indiyədək, ABŞ-ın sazişdən çıxdığı halda belə, Tehranla həmsöhbətlik fikrini qəbul edirlər.
Fransa, Almaniya və İngiltərənin birgə bəyanatında deyilir: “Hökumətlərimiz razılaşmanın təmin edilməsi rəyində qətiyyətlə qalır və İran xalqına davamlı iqtisadi fayda təmin etməklə, bu müqavilə işləyəcək. Biz ABŞ-a JCPOA-nın strukturlarının sabit qalmasına və müqavilənin bütün digər iştirakçılar tərəfindən tam şəkildə həyata keçirilməsinə maneə törətməkdən çəkinməyə çağırırıq”.
Bununla yanaşı, ABŞ-lı müzakirəçilər Trampın 12 May tarixindən dörd gün əvvəl müqavilədən çəkilmə qərarı ilə şokdadır. Dövlət katibi Mayk Pompeo ilə birlikdə Şimali Koreyaya nüvə danışıqlarına gedən aşağı səviyyəli diplomatlar bildiriblər ki, avropalılarla danışıqlardan sonra Trampın məmnun olacağı nəticəyə yetişmək şübhəlidir.
Dövlət Departamentinin rəsmi nümayəndəsi brifinqdə deyib: “Müzakirələr zamanı “B planı” barədə danışmırdıq. Çünki fikrimizi əlavə sazişin müzakirəsinə yönəltmişdik”.
Bu, İrana JCPOA vasitəsilə avropalılardan güzəşt qoparmağa yol açıb.
Birləşmiş Ştatlar İranla iqtisadi cəhətdən çox az bağı olsa da, üçüncü tərəflər Amerikanın əlavə sanksiyalarına xüsusilə həssasdır. Qalan JCPOA tərəfləri razılaşmaya rəsmi şəkildə əməl etməklə, ABŞ sanksiyalarına məruz qala bilər.
Blank deyib: “Əgər avropalılar ABŞ-ın əlavə sanksiyalarına qarşı olacaqsa, onların siyasi, praktik iqtisadi və maliyyə addımlarında bir araya gəlməsi lazımdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...