Xırdalandan Bakıya doğru olan yolda məhdudiyyət tətbiq edilir
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
Məlumatda deyilir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 10 may 2018-ci il tarixində səhər saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...