Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdlərinin, incəsənət xadimlərinə isə Prezident mükafatlarının verilməsi ilə bağlı təqdimat mərasimi keçirilib
M|ükafatlandırma mərasimində iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev əvvəlcə bu gün Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü olduğunu xatırladaraq ümummilli liderin həyatı, fəaliyyəti haqqında danışıb.
Ə.Qarayev bildirib ki, hər hansı bir sahənin inkişafı haqqında danışanda mütləq Heydər Əliyevin bu sahəyə verdiyi töhfələr qeyd edilməlidir.
Yenidən nazir təyin olunduğu üçün prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirən Ə.Qarayev bunun böyük bir məsuliyyət olduğunu vurğulayıb.
Ə.Qarayev deyib ki, Heydər Əliyevin doğum günündə Azərbaycan mədəniyyət və incəsənəti üçün töhfələr vermiş insanları mükafatlandırmaq mühüm bir addımdır: “Bu gün prezident tərəfindən mədəniyyət və incəsənət xadimlərinə verilən qiymət Azərbaycan mədəniyyətinə göstərilən diqqət, qayğıdır. Artıq Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq beynəlxalq səviyyədə tanınır".
Ə.Qarayev nazir kimi bütün mədəniyyət işçilərinə dəstək olacağına dair söz verib: "Azərbaycan xalqının mədəniyyətini qoruyaraq gələcək nəsillərimizə ötürəcəyik, bu işdə hər kəsə uğurlar arzulayıram".
Daha sonra isə mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...