Meyxanaçı Namiq Qaraçuxurly son günlər ayağının sınması ilə gündəmdən düşmür
Axşam.az-ın məlumatına görə, sənətçi başına gələn bədbəxt hadisəni ona cadu edilməsi ilə əlaqələndirib.
Qaraçuxurlu ARB Ulduz-un "Şou məkan” verilişinə açıqlamasında bir çox həmkarının Rusiyada falçı yanına getdiyini söyləyib:
"Bir neçə insan var ki, onların hansı falçının yanına getdiyini də bilirəm. Hətta Rusiyada magiya ilə məşğul olan insanların yanına da gedirlər. İndi dişlərini qıcayıblar ki, biz onu məhv etməliyik. Şəxsən tanıyıram. Biri mənim üzümə də deyib ki, sən pis günlərə qalacaqsan. Ola bilər ki, mən sürüşdüm yıxıldım. Ancaq bu hadisə mənə xeyir gətirdi. İşlərim çoxaldı, tələbat çoxaldı. Çox şeyləri dərk etdim. Başa düşdüm ki, insan o qədər də böyük varlıq deyil. Anladım ki, bir ayın içində kasıb bir vəziyyətə düşə bilərəm. Mənim adıma nələr çıxardız. Ancaq yenə də sevənlərimin qəlbinə təsir edə bilmədiz”.
MilliYol.Az
Digər xəbərlər
loading...