Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 4,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb
DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, mayın 7-də Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Şirinov saxlanılıb.
Əvvəllər narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş İ. Şirinov saxlanılarkən üzərindəki siqaret qutularının içərisindən ümumi çəkisi 77,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evdən 10 bükümdə ümumi çəkisi 4 kiloqram 668 qram narkotik vasitə heroin aşkarlanıb.
Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Digər xəbərlər
loading...