2018-ci ilin proqnozlarına əsasən Azərbaycan iqtisadiyyatı fiskal stimullaşdırma tədbirləri ilə 1,8% artacaq
Bu barədə Dünya Bankının “Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update)” adlı yeni hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, bu il Azərbaycanda qeyri-neft ÜDM-də də artım qeydə alınacaq. Qeyri-neft sektorunda artım dövlət investisiyalarının 83%-dək artması ilə izah olunur.
2018-ci ilin sonuna "Şahdəniz 2" layihəsi çərçivəsində qaz hasilatına başlanacaq: "2018-ci ilin sonunda neft hasilatının həcminin azalması gözlənilmir. Bundan başqa, 2017-ci il ilə müqayisədə 2018-ci ilin sonuna neftin qiymətinin yüksək olacağı və bu qiymətlərin ortamüddətli perspektivdə sabit qalacağı proqnozlaşdırılır".
Hesabat müəlliflərinin fikrincə, karbohidrogen hasilatının artması və qeyri-neft ixracının artımının davamlı olması, xarici tələbatın artması və qeyri-neft məhsullarının ixracatçılarına dövlət dəstəyinin güclənməsi Azərbaycanda ÜDM artımına müsbət təsir edəcək.
Bunu əsas götürən hesabat müəllifləri 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 3,8%, 2020-ci ildə isə 3,2% olacağını proqnozlaşdırır.
MilliYol.Az
Digər xəbərlər
loading...