Yerevan/08.05.18/Turan: Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan mayın 9-da Dağlıq Qarabağa səfər etmək niyyətindədir. Bu barədə seçildikdən dərhal sonra jurnalistlərə müsahibəsində bildirib
O, səfərin məqsədini açıqlamayıb, ancaq işarə edib ki, Şuşa şəhərinin ermənilər tərəfindən işğalının növbəti ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Bundan az öncə deputatların qarşısında çıxış edən N.Paşinyan deyib ki, əgər Qarabağ da danışıqlarda iştirak edərsə, Ermənistan yenidən Azərbaycanla danışıqlar masası arxasında oturmağa razıdır. "Biz Azərbaycanın lideri ilə danışıqlara hazırıq. Ancaq qeyd etmək istəyirəm ki, Arsax rəhbərliyi iştirak etməyincə danışıqlar effektiv ola bilməz. Bu, danışıqlarda vasitəçilik edn ATƏT-in Minsk Qrupunun sənədlərində də nəzərdə tutulub", - o bildirib.-02D-
MilliYol.Az
Digər xəbərlər
loading...