“Azərbaycan regionda stabilliyin əsas amilidir”
Bu sözləri Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir, Kamil Xasıyev bildirib.
K. Xasıyev deyib ki, Azərbaycan nəinki ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını da ərsəyə gətirməyə nail olub: “Biz bu gün Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına baxsaq, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri həyata keçirilib. Hazırda TANAP layihəsi həyata keçirilir. Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşmasında rol oynayır. Biz regional layihələrdə ən fəal iştirakçılardan biriyik. Mən Azərbaycanın Xorvatiyada səfiri olmuşam. Avropa İttifaqı ölkələrinin də Azərbaycanın iştirakçısı olduğu layihələrə qoşulmaq imkanları var. Bunlardan biri TAP layihəsidir. Yunanıstan, İtaliya, Albaniya bu layihənin iştirakçıları sırasındadır. Biz regional əməkdaşlıq dedikdə həm də digər regionlarla əməkdaşlığı nəzərdə tutan təşəbbüslərdən danışırıq ”.
Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Qonşuluq və genişlənmə danışıqları üzrə Baş İdarəsinin rəhbəri Vassilis Maraqos xatırladıb ki, Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında yer alırb: “Bu da regional əməkdaşlığın bir formasıdır. Avropa İttifaqı Cənub Qaz Dəhlizini dəstəkləyir. Ukrayna, Moldova və Gürcüstanla assosiasiya sazişi çərçivəsində ticarət əlaqələrimiz genişlənir. Ümid edirik ki, Azərbaycanla yeni saziş ticarət əlaqələrinin artmasında öz rolunu oynayacaq. Digər tərəfdən, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi vasitəsilə müxtəlif proqramlar üzrə Azərbaycana yardım edilir. İlin sonunda nəqliyyat sahəsində investisiya proqramlarının həyata keçiriləcəyini gözləyirik. Gənclərin akademik səviyyəsində mübadiləsi ilə bağlı “Şərq Tərəfdaşlığı” ölkələri üçün 200 milyon avro ayrılıb. Bu sahədə də Azərbaycanla əməkdaşlıq ediləcək. Bu mübadilə proqramı 2020-ci ilə qədər davam edəcək”.
V. Maraqos Avropa İttifaqının Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət ixrac etmədiyini vurğulayıb: “Söhbət burada mənşə ölkələrlə bağlı sui-istifadə hallarından gedir. Avropa Komissiyası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib. Bu baxımdan düşünmürəm ki, bu məsələ ilə bağlı ikili standartlardan çıxış edirik. Avropa İttifaqı Dağlıq Qarabağ ərazisindən heç bir mal və xdmət ixrac etmir ”.
MilliYol.Az
Digər xəbərlər
loading...