Müğənni Damla bir müddət əvvəl açıqlamasında bildirib ki, həmkarlarından biri ona Moskva toylarında qadağa qoydurub
Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan sənətçiyə aparıcı Zaur Kamal bununla bağlı sual ünvanlayıb.
İfaçı “Damla deyir ki, Rəqsanə mənə Moskava toylarında qadağa qoydurub” sözlərinə belə cavab verib:
“Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə, əcəb də etmişəm. Hələ üç-dörd nəfərə də qadağa qoyduracağam”.
Müğənnin qızı Aysun isə aranı sakitləşdirmək üçün anasının zarafat etdiyini söyləyib. Rəqsanənin həmin an çəkilən videosu sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, bundan əvvəl müğənni xatun da Rəqsanənin ona Moskva toylarında qadağa qoydurduğunu söyləmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...