Akademik Milli Dram Teatrı ("Azdrama") Xalq artisti Fuad Poladovun dəfn günündə (mayın 5-də) “Şah Qacar” tamaşasından sonra yaşanan qalmaqalla bağlı açıqlama verib
Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, sözügedən tamaşanın nümayişi zamanı səhnə əsərində rol alan aktyorlar Fuad Poladovun əziz xatirəsini ehtiramla yad edib, tamaşaçılarla bir yerdə onun xatirəsi bir dəqiqəlik sükutla anılıb:
"Bununla bağlı teatrda hər hansı problemin yaranması haqqında yayılan xəbərlər tam əsassızdır və bunu teatrın yaradıcı işinə qarşı müdaxilə kimi qəbul edirik. Fuad Poladov görkəmli aktyor kimi Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən gözəl rollar yaradıb. Teatrın kollektivi onun xatirəsini hörmət və ehtiram hissi ilə anır və bu, hər zaman belə də olacaq".
Mətbuatda yayılan məlumatlara görə, mayın 5-də nümayiş olunan tamaşanın ardınca təzimə çıxan aktyorlardan biri Fuad Poladovun ruhunun bir dəqiqəlik sükutla yad olunmasını təklif edib. Bundan sonra gərginlik yaranıb. Məlumata görə, teatr rəhbərliyi həmin aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.
Əldə olunan məlumata görə, F.Poladovun xatirəsinin yad edilməsi təklifini əməkdar artist Ayşad Məmmədov irəli sürüb.(report)
Digər xəbərlər
loading...