İranın cənub-qərbində yerləşən Boyər-Əhməd vilayətində baş vermiş güclü zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb
AZƏRTAC xəbər verir ki, 5 ballıq zəlzələ gecə saatlarında qeydə alınıb.
Ocağı 5 kilometr dərinlikdə olan yeraltı təkanlar səbəbindən Yasuc şəhərinin elektrik enerjisi ilə təminatı pozulub. Yerli təcili tibbi yardım mərkəzindən 71 nəfərə hadisə yerində yardım edildiyi, 11 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Xatırladaq ki, ötən həftə həmin vilayətin Yasuc şəhərindən şimal-qərbdə 5,3 gücündə zəlzələ baş vermiş, 133 nəfər yaralanmışdı.
Digər xəbərlər
loading...