ABŞ-da süni nəfəs aparatına qoşulu olan və valideynlərinin artıq onun ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verdiyi yeniyetmə oğlan qəfildən komadan ayılıb
Bu barədə “Report” “USA Today”ə istinadən xəbər verir.
13 yaşlı Trenton Makkinli mart ayının əvvəlində qəzaya uğrayıb və ağır kəllə -beyin travması alıb. Trenton xəstəxanaya aparılarkən ürəyi dörd dəfə, bir dəfə isə 15 dəqiqəlik müddətə dayanıb.
Həkimlər yeniyetmənin valideynlərinə belə uzun oksigen çatışmazlığnın beyində qarşısıalınmaz dəyişikliklərə səbəb olduğunu, uşağın sağ qalacağı təqdirdə belə, heç vaxt huşunun bərpa olmayacağını və ömürlük süni nəfəs aparatına möhtac qalacağını söyləyib.
Nəticədə valideynlər oğlunu həyatda tutan sünü nəfəs aparatının söndürülməsinə, onun orqanlarının isə xəstə uşaqlara verilməsinə razılaşıblar. Amma bunun baş verməsinə bir gün qalmış yeniyetmə qəfildən müstəqil şəkildə nəfəs almağa, danışmağa başlayıb və hətta yataqdan qalxıb.
Trentonun özünün dediyinə görə, qəza anını xatırlamır, amma komada olduğu müddətdə qəlbinin cənnətdə olduğunu bilir. “Başverənlərin başqa izahı yoxdur. Sadəcə, Tanrının istəyi idi. Hətta həkimlər də bununla razıdırlar”, – uşaq deyib.
Digər xəbərlər
loading...