Kiyevdə Ali Radanın “Pyotr Poroşenkonun bloku” fraksiyasından deputatı Mustafa Nayemin döyülməsində şübhəli bilinən “BoomBox Promotions” promouter şirkətinin həmtəsisçisi Məhəmməd-Əmin Saitov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən sərbəst buraxılıb
Bu barədə Ukrayna KİV-lərinə aprelin 30-da Bessarabiya bazarının yaxınlığında parlament üzvü ilə münaqişəyə girmiş çeçen gənclərin maraqlarını təmsil edən vəkil İqor Siniçenko bildirib.
Onun sözlərinə görə, Saitov doğrudan da saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. Özü də bu, “iki-üç gün əvvəl” olub və xuliqanlıqda şübhəli bilinənlərin vəkillərinə bu barədə mayın 5-də axşam məlum olub.
Vəkil iddia edir ki, Azərbaycanda Saitov barəsində qətimkan tədbiri seçilməsi barədə heç bir məhkəmə iclası keçirilməyib. “O, Ukrayna tərəfinin müvafiq sənədləri təqdim etmədiyinə görə sərbəst buraxılıb. Hazırda Saitov azadlıqdadır” – Siniçenko qeyd edib.
O vurğulayıb ki, bu “o demək deyil ki, Məhəmməd-Əmin indi gizlənməyə hazırlaşır”.
“İstəyirdik ki, Məhəmməd-Əmin özü qayıtsın, lakin indi o, ekstradisiya proseduru başlayana kimi çətin ki, Azərbaycanı tərk edə bilsin. Faktiki olaraq, yerli güc strukturlarının nümayəndələri özləri onun qayıtmasını sürətləndirməyə mane olublar”, - vəkil əlavə edib.
Siniçenko dəqiqləşdirib ki. Ukrayna tərəfinin Azərbaycan hüquq-mühafizə orqanlarına hansı sənəd zərfini göndərməsindən asılı olaraq çeçen gəncin vəkilləri qərar verəcəklər – şübhəlinin Kiyevə könüllü ekstradisiyasına razılıq versinlər, ya yox.
Virtualaz.org-un daha öncə bildirdiyi kimi, aprelin 30-da Kiyevin mərkəzində ukraynakı deputat Mustafa Nayemə hücum olub. Hücum edənlərdən biri – 29 yaşlı çeçen əsilli Ukrayna vətəndaşı Məhəmməd-Əmin Saitov hadisədən bir neçə saat sonra Bakıya uçub. O, 2-4 may tarixlərində Bakıda keçirilmiş boks turnirində iştirak edib.
Daha sonra Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirmişdi ki, Azərbaycan polisi Ukrayna tərəfinin sorğusuna müvafiq olaraq, Məhəmməd-Əmin Saitovu Bakıda saxlayıb.
Digər xəbərlər
loading...