Rahid Ələkbərli Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinə təyin olunub
Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd edək ki, R.Ələkbərli daha əvvəl “Delta Telecom” şirkətində texniki direktor vəzifəsində işləyib. Yeni vəzifəyə təyin olunanadək və hal-hazırda o, ADA Universitetində informasiya üzrə baş mütəxəssis işləyir.
Qeyd edək ki, Rahid Ələkbərli uzun illər ölkənin telekommunikasiya operatoru və backbone provayderi olan Delta Telecom-un texniki direktoru vəzifəsində çalışıb.
Yeni təyinata qədər o, ADA Universitetinin informasiya məsələləri üzrə rəhbəri vəzifəsini icra edib.
Dövlət Radiotezliklər İdarəsi Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən ayrılan tezlik zolaqlarında tezlik nominallarının uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrinin qeydiyyatını həyata keçirir.
DRİ-nin əsas vəzifələrinə radioelektron vasitələrindən istifadə olunmasının planlaşdırılmasını, RTDK-nın qərarlarına müvafiq bu vasitələr üçün işçi tezliklərin və şəbəkə üçün çağırış siqnallarının təyin edilməsi və qeydiyyata alınması daxildir.
Həmçinin qurum radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların alınmasına, layihələndirilməsinə, tikilməsinə, (qurulmasına), istismarına, habelə bu vasitələrin radioşüalanma səviyyəsinin mövcud normalarda və dövlət standartlarına uyğunluğu üzərində nəzarət edir.
Digər xəbərlər
loading...