“Rusiya beynəlxalq həyatın güclü, aktiv, nüfuzlu iştirakçısıdır”
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasimində deyib.
“Biz dialoqa açığıq. Tərəfdaşlarımızla birlikdə fəal şəkildə inteqrasiya layihələrini təşviq edəcək, işgüzar, humanitar, mədəni və elmi əlaqələri artıracağıq”, – V.Putin bildirib.
Onun sözlərinə görə, Rusiya dünyada sülh və sabitliyin qorunmasında maraqlı tərəf olduğundan hamı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır.
“Bu gün həyatın yeni keyfiyyəti, rifah, təhlükəsizlik insan sağlamlığı ən əsas amillərdir. Siyasətimizin mərkəzində dayananlar məhz bunlardır”, – o vurğulayıb.
Rusiya prezidenti diqqətə çatdırıb ki, dövlətin prioritet vəzifələri sırasına həmçinin təhsil, ana və uşaq sağlamlığının mühafizəsi də daxil olmalıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...