ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə seçilən yeni baş məsləhətçisi, sabiq Nyu-York bələdiyyə sədri Rudi Culiani Trampın Tehranla nüvə sazişindən geri çəkilmək niyyətini İranda rejim dəyişikliyinə nail olmaq istəyi ilə izah edib
Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, hələ bir müddət öncə R.Culiani Vaşinqtonda İranda azadlıq, insan haqları, demokratiya toplantısında çıxışı zamana Yaxın Şərqdə sülhün təmin olunmasında yeganə yolun İranda rejim dəyişikliyində olduğunu qeyd edib.
O bildirib ki, Tramp bu məsələdə israrlıdır. Guliani həmçinin Trampın İrandakı rejim dəyişikliyini İsrail-Fələstin münaqişəsinin həllindən vacib hesab edib.
ABŞ prezidenti Donald Tramp hələ ötən ilin dekabrında İranda başlanan etiraz zamanı “dəyişiklik zamanı gəldi” ifadəsini təsadüfən işlətməyib. Tramp o zaman sosial şəbəkələrdəki paylaşmalarında bəyan edib ki, İran xalqı uzun illərdir təzyiq altında saxlanılır.
Tramp İranın nüvə sazişi imzaladığı P5+1 (ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin) formatında iştirak edən ölkələri bu sazişdən çıxmağa çağırıb. Saziş imzalayan ölkələr Trampın bu qərarı ilə razılaşmır və onu sazişə sadiq qalmağı təkid edirlər. Bu məqsədlə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emanuel Makron Trampla görüşərək, onu bu niyətindən çəkindirməyə çalışıblar. Lakin Tramp qərarında israrlı olduğunu bəyan edir.
Trampın İranın nüvə sazişi ilə bağlı mayın 12-də qərar verəcəyi gözlənilir. Ona görə də Trampın İranla bağlı verəcəyi qərar maraqla gözləndiyi bir zamanda İran prezidenti Həsən Ruhani, Ağ Evin bu qərarında geri çəkilməyəcəyi təqdirdə “tarixi bir peşmançılıq yaşayacaqlar”ını bəyan edib.
“Müdafiə silahlarımızı kiminləsə müzakirə etmək niyyətimiz yoxdur. Özümüzü müdafiə üçün hansı qərar verəcəyimizdə də kimsənin mövqeyi bizi maraqlandırmaz”- deyə, H. Ruhani bəyan edib.
İranın nüvə silahına qarşı ən sərt mövqedə olan İsrail baş naziri Netanyahu Moskvaya səfər edərək, bu məsələni Rusiya prezdenti Vladimir Putinlə müzakirə edəcəyi bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...