“Ermənistdan daxili konflikt alovlanıb. İstənilən siyasi həll bu konflikti sosiumun daxilində gizlədir. Yeni hakimiyyət güclü texnologiyaları işə salıb bu konflikti söndürməyə cəhd edəcək. Mən belə anlayıram ki, Paşinyanın əmlakın yenidən bölüşdürülməsiylə bağlı çox böyük sosial proqramı var. Bu isə hər zaman ictimaiyyəti həyəcanlandırır, daxili gərginliyi gücləndirir. Bəzən isə onu vətəndaş müharibəsinə çevirir”
Bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı yazar, ideoloq Aleksandr Proxanov deyib. Onun sözlərinə görə, Paşinyan və Sərkisyan tərəfdarlarının qarşıdurması Qarabağ və İrəvan klanlarının qarşıdurması kimi qəbul edilə bilər: “Bu konflikt çoxdan mövcuddur və indi daha sərt forma alıb. Tərəflərdən birinin qələbəsi konfliktin yatırılması demək deyil. Konfliktin inkişafı ictimai ziddiyyətlərin sakitləşməsindən və yüksəlməsindən asılı olacaq. Qarabağ klanının revanşı yalnız bundan asılıdır.
Bundan sonra Ermənistanda Amerikanın mövcudluğu güclənəcək. İnanmıram ki, bu tam açıq formada olsun. Moskva Vaşinqtonun buradakı böyük təsirinə dözməyəcək. Erməni ictimaiyyəti isə çox güclü şəkildə amerikanlaşdırılıb”.
Onun sözlərinə görə, Qarabağ klanı İrəvandakı yeni hakimiyyətlə mübahisəsindəki mövqelərini gücləndirməkdən ötrü Qarabağda müharibəni aktivləşdirib, böyük risklərə getməyəcək. (Axar.az)
MilliYol.Az
Digər xəbərlər
loading...