Stanislav Tarasov
Regnum.ru, 06.05.2018
Türkiyə baş naziri Binəli Yıldırım xəbər verib ki, hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) və onunla alyansa girərək “Xalq birliyi” adıyla blok yaradan Millətçi Hərəkat Partiyası (MHP) 24 iyun prezident seçkilərinə namizəd qismində fəaliyyətdəki dövlət başçısı Rəcəb Tayib Ərdoğanın irəli sürülməsi haqda Ali Seçki Komissiyasına (ASK) ərizə verib. Seçkilər erkəndir, iyunun 24-də baş tutacaq. Eyni zamanda özünü müxalifət düşərgəsinə aid edən partiyalar da ASK-a ərizə verib. Əsas və ən böyük müxalif Xalq-Cümhuriyyət Partiyasından başçının müavini Muhərrəm İncənin namizədliyi irəli sürülüb.
Onun 53 yaşı var, keçmiş fizika müəllimidir. Xalq içində populyarlığı yoxdur. “İşçi Partiyası”ndan Doğu Perinçek, “Yaxşı Partiya”dan Meral Akşener, “Səadət Partiyası”ndan Temel Karamollaoğlu və Ədalət Partiyasından Vecdet Öza irəli sürülüblər. Namizəd kimi onların hər birinin yekun qeydiyyat üçün mayın 9-adək 100 min imza təqdim etməyi gərəkdir. Mayın 13-də iddiaçılar təsdiqlənəndən sonra ölkədə təbliğat dövrü rəsmən başlanacaq. Bu qayda ilə aydın olur ki, müxalıif partiyaların liderlərinin anlaşmaq və ümumi namizəd irəli sürmək cəhdləri iflasa uğrayıb. Onlar seçki silsiləsinə öz partiya bayraqlarıyla girirlər, amma onları ölkədə parlament sistemini saxlamağa ümumi səylər birləşdirir. Ərdoğanın baş tənqidçisi, CXP sədri Kamal Kılıçdaroğlu prezidentlə açıq siyasi mübarizəyə girişməyə cürət etməyib. Şayiələr gəzir ki, Kılıçdaroğlu prezident postuna görə deyil, daha çox partiyada liderliyi qorumaq pespektivindən narahatdır. Mövcud ssenariyə əsasən, müxalifət “beşlik”lə gedərək səsvermənin ikinci turuna və Ərdoğanı hakimiyyətdən aşırmağı bacaran vahid namizəd irəli sürməyə nail olacaq.
Meral Akşener
“Yaxşı Partiya”nın yarandığı andan reytinqi durmadan artan Akşenerin adı çəkilir. Lakin hadisələrin bu cür gedişi hələlik hakim partiyanı tam qane edir. Hətta konkret siyasi praktikanın göstərdiyi kimi, ƏİP qısa seçki silsiləsinin təşkilində xeyli təcrübə qazanıb, elektoratla təmas üçün yaxşı cilalanmış üsullara malikdir. Bununla yanaşı, müşahidəçilər Şərqdə yüksək dəyərləndirilən böyük natiqlik bacarığına sahib olan Ərdoğanın özünün yüksək energetik təpkisini qeyd edirlər. Prezident bir gün ərzində ölkənin bir-birindən uzaq bölgələrində müxtəlif mitinqlərdə çoxsaatlıq nitqlə çıxış edə bilər. Sözsüz, o, artıq birinci turda qeydsiz-şərtsiz qələbə çalmaq və Türkiyədə prezident idarəçiliyinə nail olmaq niyyətindədir. Alınacaqmı?
Yada salaq ki, Ərdoğan ötən il ona geniş icra səlahiyyətləri verən referendumu udub. Amma rəqiblər üzərində, vur-tut, 2% üstünlüklə. Bir də hazırda Türkiyədə ictimai rəy əhvali-ruhiyyəsinin sosioloji ölçüsü göstərir ki, sosium qütbləşib. Ərdoğanın təklif et diyi “yeni Türkiyə” adlı model heç də hamını qane etmir. Qərb nəşrləri qeyd edir ki, liberal köklənmiş elitanın vətəndaş cəmiyyəti institutlarıyla bağlı təmsilçiləri ölkəni tərk etməyə başlayıblar. Ölkə milyonerlərin, alimlərin və yüksəkixtisaslı mütəxəssislərin ən çox axınına məruz qalan dünya ölkələrinin beşliyinə daxil olub. İqtisadiyyatda ciddi problemlər meydana çıxıb ki, bu da xəbər verir: erkən seçkilər xoş güzəran üzündən deyil.
Daha bir önəmli özəlliyi qeyd edək. Ehtimal ki, qarşıdakı seçkilər çoxpartiyalı dövrdə bütün Türkiyədə ilk dəfə fövqəladə vəziyyət şəraitində baş tutacaq. Bu, hakimiyyətə qanun statuslu qərarlar vermək imkanı verir ki, bu da seçkiqabağı qovğa və onun nəticələrinə təsir edir və ya gərəkəndə təsir edəcək. Amma hər necə olsa da, türklər öz tarixlərində ilk dəfə təkcə prezidenti və deputatları eyni vaxtda seçməyəcəklər. Onlar ölkənin siyasi sisteminin dəyişilməsinə öz münasibətlərini ifadə edəcəklər. Baş verəcək hadisələr Türkiyə üçün taleyüklü xarakterə malik olacaq. Buna görə də savaş gərgin təbiətli olacaq. Amma nəsə bizə pıçlıdayır: bunda Ərdoğan qalib gələcək.
MilliYol.Az
Digər xəbərlər
loading...