63 yaşlı Əmirov Yusif Abbas oğlu 10 il azadlıqdan məhrum etmə cəzasına etiraz olaraq Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirir.
Bizimyol.info xəbər verir ki, şikayətçi Şərur rayonunun polis rəisi olmuş Salman Vəliyev tərəfindən şərlənərək qanunsuz həbs edildiyini iddia edir. O, bildirib ki, polis rəisi onun həyat yoldaşını sevirmiş və ona görə də onu şərləyib.
Şikayətçi adam öldürməkdə ittiham edilib. Hal-hazırda azadlıqda olan Y.Əmirov ona bəraət verilməsini tələb edir. Aclıq aksiyasına başlayan şikayətçi, tələbi yerinə yetirilməyənə qədər aclıq aksiyasına davam edəcəyini bildirib. Az sonra polis əməkdaşları Yusif Əmirov ovu polis bölməsinə aparıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...