İranın cənub-qərbində yerləşən Kohgiluyə və Boyer-Əhməd ostanında baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb
Bu barədə “Report” IRNA-ya istinadən xəbər verir.
Zəlzələ dünən yerli vaxtla gecə yarısı Yasuc şəhərini yaxınlığında baş verib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində Yasucda elektrik təchizatı müvəqqəti olaraq pozulub.
Həkimlər hadisə yerində 71 nəfər yerli sakinə tibbi yardım göstərildiyini, 11 nəfərin xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Xatırladaq ki, keçən həftə Yasuc şəhərinin şimal-qərbində baş verən zəlzələ nəticəsində 133 nəfər xəsarət almışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...