ABŞ Prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə iyunda Sinqapurda görüşəcək
“Report” “News.ru”ya istinadən xəbər verir ki, bunu Cənubi Koreya mətbuatı yazıb. Lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib. Qeyd edək ki, ötən həftə D.Tramp bildirmişdi ki, Kim Çen İnlə görüşün tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək. Xatırladaq ki, Şimali Koreya may ayında Punqeri nüvə sınağı poliqonunun bağlayacağına dair öhdəlik götürüb. Cənubi Koreya Prezidenti Mun Çje İnlə Kim Çen İnin görüşündən sonra Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməyə başlanacağı bəyan olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...