Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulub
Apasport.az saytının məlumatına görə, yarışın sonuncu – yeddinci günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində mükafatlar uğrunda mübarizəni davam etdirən sərbəst güləşçilər həlledici qarşılaşmalara çıxıblar.
Azərbaycan yığmasının 4 güləşçisi xalça üzərində qüvvəsini sınayıb. Aleksandr Qostiyev və Şərif Şərifov gümüş, Cəmaləddin Məhəmmədov isə bürünc medal qazanıb. Mircəlal Həsənzadə isə “bürünc” uğrunda görüşdə uduzub.
61 kq
Təmsilçimiz Mircəlal Həsənzadə 3-cü yer uğrunda görüşünü keçirib. Pəhləvanımızın rəqibi rumıniyalı İvan Quydea olub. 2:5 hesabı ilə məğlub olan Mircəlal yarışla medalsız vidalaşıb.
86 kq
Aleksandr Qostiev finalda Artur Nayfonovla (Rusiya) üz-üzə gəlib. Təmsilçimiz görüşü 1:1 hesabı ilə başa vursa da, son xalı rəqib qazandığı üçün qızıl medal rus güləşçiyə verilib.
92 kq
Dünya və Avropa çempionu Şərif Şərifov finalda Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə qarşılaşıb. İlk xalı Şərif qazansa da, sonrada bu üstünlüyünü qoruya bilməyən pəhləvanımız 1:2 hesabı ilə uduzaqraq “qızıl”a uzaqdan baxmalı olub.
125 kq
Ən ağır çəkidə mübarizə aparan Cəmaləddin Maqomedov isə bu gün ilk olaraq təsəlliverici görüşdə iştirak edib. Onun rəqibi İbrahim Saidov (Belarus) olub. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəmaləddin “bürünc” üçün rusiyalı Muradin Kuşkovla qarşılaşıb. Bu rəqibindən də üstün olan (3:0) Maqomedov “bürünc”ə sahib çıxıb.
Qeyd edək ki, geridə qalan 6 gündə Azərbaycan güləşçiləri 15 mükafata sahib çıxıblar. Onlardan Eldəniz Əzizli (55 kq) yunan-Roma, Mariya Stadnik (50 kq) qadın, Giorgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (63 kq) sərbəst güləşdə hamıdan güclü olub. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (72 kq) yunan-Roma və Elis Manolas (65 kq) qadın güləşində yalnız finalda uduzaraq gümüş medal alıbsa, Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq) yunan-Roma, Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Səbirə Əliyeva (76 kq) qadın, Murtazali Müslimov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurmaqomed Qadjiyev (97 kq) sərbəst güləşdə “bürünc”ə yiyələnib.
MilliYol.Az
Digər xəbərlər
loading...