Türkiyə Vaşinqton Ankaraya "F-35" qırıcılarının tədarükünü əngəlləyəcəyi təqdirdə, ABŞ-a qarşı cavab tədbirləri görəcək
Virtualaz.org-un məlumatına görə, bunu "CNN Turk" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir gələn həftə Birləşmiş Ştatlara gedəcəyini və bu məsələni orada müzakirə edəcəyini bildirib: "Gələn həftə ABŞ-a səfər edəcəm. Söhbət "F-35"lərin satışının dayandırılmasının qəbuledilməz olduğu barədə aparılacaq. Əgər bu baş versə, Türkiyə buna müvafiq cavab verəcək".
Onun sözlərinə görə, "F-35"in satışının ləğvi məqbul deyil.
Xatırladaq ki, aprelin ortalarında ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell Ankaranın Rusiydan S-400 zenit-raket kompleksləri almasının Türkiyəyə "F-35" qırıcılarının tədarükünə mənfi təsir göstərə biləcəyini söyləmişdi.
Digər xəbərlər
loading...