“İran Amerika lideri Donald Trampın Tehranın nüvə proqramı üzrə sazişlə bağlı istənilən qərarına hazırdır”
MilliYol.Az Strateq.az-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
“Növbəti həftə bizim həyatımıza heç bir dəyişiklik gətirməyəcək. Trampın hansı qərar qəbul etməsindən asılı olmayaraq, bizim planlarımız var, biz müqavimət göstərəcəyik”, – deyə Ruhani Sebzevar şəhərində ölkə sakinləri qarşısında çıxışı zamanı bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 12-nə qədər Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin yekunu üzrə Amerikanın İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb-çıxmayacağına qərar verəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...