Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları icazəsiz mitinqlər keçirirlər
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, etiraz aksiyaları Moskva, Sankt-Peterburq, Krasnoyarsk və digər şəhərlərdə təşkil olunub.
Krasnoyarskda keçirilən icazəsiz mitinq zamanı polis az 15 nəfəri saxlayıb. Şəhər polisinin nümayəndələri kütləyə mitinqin keçirilməsinə icazə verilmədiyini bildirib və onlardan dağılışmalarını istəyib. Amma buna məhəl qoymayan nümayişçilər mərkəzə doğru irəliləyib. Bu zaman polis onların hərəkət istiqamətinin qarşısını kəsərək bir neçə etirazçını avtobusa və polis maşınına qoyaraq aparıb.
Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimi keçiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...