Kənd Təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib
Nazir Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla birgə Horadiz şəhərində 2016-cı ilin aprel döyüşlərində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.
Daha sonra Cocuq Mərcanlıda kənd sakinləri ilə görüşüb. Görüş zamanı nazir İ.Kərimov sakinlər üçün ayrılan pay torpağının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların pulsuz xidmət göstərəcəyini deyib. Eyni zaman da bütün torpaq sahələrinə əkiləcək hər növ toxumun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pulsuz veriləcəyini deyib.
Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq qarğıdalı səpnində nazir İ.Kərimov da iştirak edib.
MilliYol.Az
Digər xəbərlər
loading...