Rusiyada terror aktı törədilməsi cəhdinin qarşısı alınıb
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyada terror aktı planlaşdıran İŞİD terror qruplaşmasının 5 üzvü 3-4 may tarixlərində Yaroslavl şəhərində saxlanılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilir ki, axtarış zamanı həmin şəxslərin üzərindən partlayıcı qurğular, partlayıcı maddələr, odlu silahlar və döyüş sursatları aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb. Hazırda zəruri əməliyyat-axtarış tədbirləri və istintaq aparılır.
Digər xəbərlər
loading...