Mayın 4-nə Türkiyədə prezidentliyə 6 iddiaçının adı məlumdur
Novator.az bildirir ki, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan 24 iyun seçkisinə Cümhuriyyət İttifaqının namizədi kimi qatılır. Bu ittifaqda hakim Ədalət və İnkişaf Partiyası, eləcə də müxalif Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları yer alır. Ədalət və İnkişaf Partiyası 2002-ci ildən hakimiyyətdədir. Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub, 2014-cü ildən prezidentdir.
Əsas müxalifət qurumu olan Cümhuriyyət Xalq Partiyası prezident seçkisinə deputat Məhərrəm İncənin namizədliyi ilə gedir.
Vətən Partiyasından prezidentliyə Doğu Perinçek, Yaxşı Partiyadan Maral Akşener, Səadət Partiyasından Təməl Qaramollaoğlu, Ədalət Partiyasından Vecdət Öz namizəd göstərilib.
Ölkədə növbəti prezident və parlament seçkiləri 2019-cu il noyabrın 3-də olmalı idi. Ötən ay seçkiləri bu il iyunun 24-nə çəkmək qərarı verilib.
2017-ci ildə Türkiyə Konstitusiyasına edilmiş dəyişikliyə əsasən, eyni vaxtda keçiriləcək prezident və parlament seçkilərindən sonra ölkənin idarə üsulu dəyişir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident hökumət başçısı olub kabineti parlamentin hər hansı müdaxiləsi olmadan formalaşdırır.
İndi Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Yeni seçiləcək parlament 600 deputatdan ibarət olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...