Məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski” İstanbulda güllələnəndən sonra onun mafiyasının üzvü olan “vor zakon”u Moskvadan məcburi deportasiya ediblər.
Virtualaz.org “Prestupnaya Rossiya” saytına istinadən xəbərverir ki, “Çia” ləqəbli Laşa Bereteli Gürcüstana deportasiya edilib. Lakin maraqlıdır ki, Gürcüstanda “vor zakon” adı daşımağa görə sanballı “srok” nəzərdə tutulduğu halda “Çia”nın həbsi, yaxud ona qarşı ittihamın irəli sürülməsi haqda məlumat yoxdur. Məlumata görə “Çia” Gürcüstanda duruş gətirməyəcək və Rövşənin öldürüldüyü yerə-İstanbula gedəcək.
Xəbər verildiyi kimi bu yaxınlarda “Çia”nın başına şairanə əhvalat gəlmişdi. Sankt-Peterburqda onun dostu, kriminal aləmdə “Zura Kaxetinets” ləqəbi ilə tanınan Serqo Tsotsxalaşvili saxlanılıb. “Çia” isə bunu eşidərək polis bölməsinə gedib. Lakin onu polis bölməsində tanıyıblar və həbs edərək İstintaq İdarəsinə təhvil veriblər. Dostunu isə buraxıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...