Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 4-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb
Komitədən APA-ya verilən məlumata görə, R. Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbərinə məcburi köçkünlərin problemlərinə həssas yanaşdığı üçün təşəkkür edib. O, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkədə uzun müddət fəaliyyət göstərdiyini və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemlərinin həllinə müxtəlif layihələrlə dəstək verdiyini diqqətə çatdırıb.
Komitə sədri vurğulayıb ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan bu sahədə olan çətinliklərin böyük hissəsinin öhdəsindən gəlib. Onu da bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğalından azad olunan Cocuq Mərcanlı kəndinin yenidən bərpasının buna bariz nümunədir. Eyni zamanda, R. Rzayev qeyd edib ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətdə görüləcək işlər hələ çoxdur.
Qonaq BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirdiyi qiymətləndirmənin nəticələrindən danışıb. Furio de Angelis məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını söyləyib. Görüşdə qarşılıqlı əməkdaşlığın perespektivləri müzakirə olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...