"Ermənistan asan olmayan siyasi dönəmi yaşayır. Hesab edirəm ki, Ermənistandakı siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır"
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Ermənistan arasında seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin intensivləşmə imkanının olub-olmaması ilə bağlı suala cavabında bildirib.
“Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini müəyyən edəcəklər. Bundan sonra, mənə elə gəlir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərəm ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Ona görə də, bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır", - deyə o vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...