“Bizdə əlillərin mənzillə təmin olunmasında problemlər var”
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
İclasdan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin saytına nəzər saldığını deyən deputat qeyd edib ki, rəsmi statistikaya əsasən ölkədə 620 min əlil var, onların 72 mini 18 yaşına çatmamış şəxslərdir.
“5731 əlil 2018-ci ilin sonuna qədər evlə təmin olunmalıdır. Həmkarım Fazil Mustafa da dedi ki, əgər qanunlar icra olunmursa, biz onları niyə qəbul edirik? Əgər dövlətin imkanı yoxdursa, əlilləri ilin axırına qədər evlə təmin edə bilmiriksə, onda niyə qəbul edirik? Qoy nazirliyin nümayəndəsi desin ki, indiyə qədər nə qədər əlil evlə təmin olunub, ilin axırına qədər 5731 əlil evlə təmin olunacaqmı? Biz bu illərdə Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması üçün 27 milyon manat vəsait ayırmışdıq, amma bu vəsait olduqca azdır”, - deyə o vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...