“Bu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi 5 mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır”
“Report” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.
O, bu barədə sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisinə (ƏDV) də cəlb olunması ilə bağlı müəyyən edilmiş dövriyyə limitinin 200 min manatdan 500 min manata çatdırılması barədə təklifə münasibət bildirərkən danışıb.
“Əgər siz təklif etdiyiniz kimi, limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarına xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir”, – nazir qeyd edib.
M.Cabbarovun sözlərinə görə, sadələşdirilmiş vergi sistem bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün alətə çevrilib: “Çox təəssüf ki, sadələşdirilmiş vergi sistemi son illər məhz dövriyyəni azaltmaq və özünü kiçik biznesmen adlandırmaq üçün bir alət olub”.
Bundan başqa, nazir bildirib ki, bir sıra dükanlarda kassa aparatlarına müdaxilə olunur və dövriyyə göstəricisi azaldılır: “Onlar bizə göstərir ki, dövriyyələri 180 min manatdır və bizim 4%-lik vergi öhdəliyimiz var. Mən də deyirəm ki, bu, anormaldır, biz bu yolla getməməliyik. Bu, inkişaf yolu deyil. Biz bir şeyi anlamalıyıq ki, vergi dövriyyəsini azaltmaq prinsip etibarı ilə vergi cinayətidir. Gəlin gizlən-qaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...