““Gömrük Prosedurlarının Sadələşdirilməsi və Harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya” (Kioto Konvensiyası) bu günün tələbələrinə cavab vermir”
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
S. Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatının ən aparıcı üzvlərindən biridir və Kioto Konvensiyasının yenidən işlənməsi məsələsinə baxılmalıdır. “Kioto Konvensiyası on ildən artıqdır ki, qəbul olunub və artıq bu günün tələblərinə cavab vermir. Belə hesab edirik ki, beynəlxalq ticarətdə Dövlət Gömrük Komitəsi hər zaman yenilik tərəfdarıdır. Ticarətdə baş verən yeniliklər Azərbaycan gömrük xidmətlərində islahatları labüd edir. Bu qaçılmazdır. Hesab edirik ki, həm gömrük orqanları, həm də digər dövlət orqanları – Hüquq Mühafizə bloku, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlığımız yüksək səviyyədə aparılacaq. Bu cür proqramlar Azərbaycan gömrük xidmətlərində tətbiq olunacaq,” – deyə S. Mehdiyev qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...