Meghan Markle-ın ögey qardaşı şahzadə Harry-yə ünvanladığı məktubun əlyazmasını paylaşıb
O, şahzadəyə bacısı ilə toyu təxirə salmağın "çox gec olmadığını" yazıb.
Böyük qardaş olan Thomas Markle 33 yaşlı şahzadəni mayın 19-da "otaq" aktrisası ilə keçiriləcək toyu təxirə salmaq barədə xəbərdar edib.
Cənab Markle şahzadəyə müraciət edərək 36 yaşlı Meghan-ın "yorğun, dayaz, qürurlu" qadın olduğunu və "sənlə və kral ailəsinin irsi ilə zarafat edəcəyini" deyib.
"Sizin kral toyunuza vaxt azaldıqca, bunun kral toy tarixində ən böyük səhv olduğu daha da aydın olur", - In Touch jurnalı ilə paylaşılan məktubda yazılıb.
"Meghan Markle açıq-aydın sizin üçün doğru qadın deyil", - o deyir.
Meghan Markle vÉ ÅahzadÉ Harry
"Mən anlamıram ki, sən indi bütün dünyanın gördüyü əsl Meghanı niyə görmürsən", qardaş Thomas Markle qeyd edir.
"Meghanın şahzadə kimi davranma cəhdləri C kateqoriyalı Hollywood aktrisasının yaşlanmağına bənzəyir".
51 yaşlı Thomas Markle deyib ki, onların atası Meghanın aktrisa xəyallarını gerçəkləşdirmək üçün borcun altına girib və hələ də maddi əziyyət çəkir.
O, atalarının toya dəvət olunmadığını da qeyd edib.
"Necə insan olasan ki, öz atandan müflis olanadək istifadə edəsən, daha sonra isə onu Mexicoda çoxunun özünə aid olduğu borclar içində unudasan", - deyə məktub davam edir.
"Ona (pulu-red.) geri qaytarmaq vaxtı gələndə o, öz atasını onu heç vaxt tanımamış kimi unudur", Meghanın qardaşı yazır.
"Aydın görünür ki, kiçik Hollywood məşhurluğu ona təsir edib.
"Bütün bunlardan başqa, o, öz ailəsini toyuna dəvət etmir, amma əvəzində tamamilə yad insanları dəvət edir. Bu necə olur? Sən və sənin kral ailən nə qədər ki, çox gec deyil, bu yalançı nağıla son qoymalısınız".
Cənab Markle məktubu bu sözlərlə bitirir: " Meghan hələ də mənim bacımdır. O, ailəmdir. Baş verən hər şey ondan asılıdır, məni və ya ailəsinin qalan hissəsini unutmaq istəsə, ailə birinci gəlir (BBC-Azərbaycanca).
http://www.bbc.com/azeri/international-43986611
MilliYol.Az
Digər xəbərlər
loading...