Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək
Iclasda “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna, “Konstitusiya Məhkəməsi haqqında” qanuna, “Məhkəmələr və hakimlər haqqında” qanuna, “Torpaq islahatı haqqında” qanuna və digər qanun və məcəllələrə dəyişiklik müzakirə ediləcək.
İclasda həmçinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi dinləniləcək.
Qeyd edək ki, ümumilikdə Milli Məclisin mayın 1-ə və 4-ə təyin edilən iclaslarının gündəliyinə 56 məsələ daxildir. Ötən iclasda artıq 33 məsələyə baxılıb, bu gün isə digər qalan məsələlərə baxılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...