Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun inşası işləri bu ilin yay aylarında yekunlaşacaq
Artıq həmin yolun böyük hissəsində işlər tam yekunlaşıb. İran sərhəddinə qədər uzanacaq yolun kənarlarında maneələrin qarşısını almaq məqsədi ilə çəpərlənmə işləri də aparılıb. Hazırki Ələt-Astara yoluna paralel olaraq çəkilən yeni yol məsafəni də xeyli azaldacaq. Yeni yolun pullu olması nəzərdə tutulur.
Ələt-Astara yoluna paralel olaraq çəkilən və iran sərhəddinə qədər uzanan yolun tikinti işləri sürətlə davam etdirilir. Artıq yolun böyük hissəsində işlər tam yekunlaşıb. Bir-neçə hissə üzrə inşa olunan yolun 30 kilometrlik Şorsulu-Cəlilabad hissəsində son tamamlama işləri aparılır. Ümumilikdə yolun iyul avqust aylarında isitifadəyə verilməsi nəzərdə tutulub.
Ümumi uzunluğu 204 kilometr olan yol 2 gediş və 2 gəliş zolağından ibarət olacaq. Yol boyu hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədi ilə çəpərləmə işləri aparılıb. Bu məqsədlə yolun 55 əsas kənd və qəsəbədən keçən hissədə körpü və birləşmələr inşa edilib.
Hazırki Ələt-Astara yoluna alternativ olaraq çəkilən yeni yolun pullu olması da nəzərdə tutulur. Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. Avtomobil yolları dövlət agentliyi tərəfindən tikintisi aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 39 kilometr azalaraq 204 km-ə düşəcək. (xezerxeber.az)
Digər xəbərlər
loading...