İran ABŞ-ın təkidi ilə “nüvə müqaviləsi”nin yenidən baxılmasına getməyəcək
Modern.az xəbər verir ki bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif öz “Youtube” kanalında video müraciətində bildirib.
“İran illər əvvəl razılaşdırılmış müqavilənin yenidən nəzərdən keçirilməsinə imkan verməyəcək. İran hədə-qorxu cəhdlərinə qətiyyətlə müqavimət göstərəcək, amma ABŞ müqaviləni pozmağa davam etsə və ya razılaşmadan imtina etsə, biz öz bildiyimiz kimi cavab vermək hüququmuzdan istifadə edəcəyik” – Zarif çıxışında bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə öz çıxışlarında bu müqavilənin İranın nüvə silahına yiyələnməsini sadəcə təxirə saldığını bildirib.
O bu müqaviləyə yenidən baxılmasına ehtiyac duyulduğunu bildirib. 12 yanvar 2018-ci ildə müqavilənin yenidən sertifikasiyası günü Tramp sanksiyaların qaldırılmasını qüvvədə saxladı, amma bir daha belə etməyəcəyini bildirib. ABŞ prezidentinin mayın 12-də bu barədə qərar qəbul edəcəyi gözlənilir.
Digər xəbərlər
loading...