ABŞ prezidenti Donald Tramp KXDR-dəki amerikalıların tezliklə həbsdən azad ediləcəyinə eyham vurub. Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" mikrobloqunda yazıb
Birləşmiş Ştatlar rəhbəri qeyd edib ki, ölkənin əvvəlki administrasiyaları uzun müddət amerikalıları həbsxanada azad etməyə çalışıblar. Lakin müsbət nəticələrə nail ola bilməyiblər.
"Hamıya məlumdur ki, əvvəlki administrasiyalar uzun müddət ərzində Şimali Koreyanın əmək düşərgələrindəki üç məhbusu azad etməyə çalışıblar. Lakin bu, nəticəsiz olub. Xəbərləri izləyin", - deyə Tramp yazıb.
Daha əvvəl "Rönhap" agentliyi Şimali Koreyadakı amerikalıların əmək düşərgəsindən Pxenyandakı otellərdən birinə gətirildiyini xəbər verib. Agentliyin məlumatına görə, əgər Trampla Kim Çen Inın görüşü uğurlu keçsə, məhbuslar vətənlərinə buraxıla bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...