İŞİD terror təşkilatı Çeçenistandakı vəziyyətlə bağlı video yayımlayıb
Oxu.Az xəbər verir ki, video terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” tərəfindən yayılıb.
Videonun birinci hissəsində martın 18-də Qroznıda mühafizəçiyə hücum edən və öldürülən Əbu Məhəmməd əş-Şişanı adlı terrorçu görünür. Müraciəti zamanı o, Çeçenistandakı İŞİD terrorçularının ağır aqibətindən və “Telegram” kanallarının cihadçılara zərərlərindən danışıb.
Çarxın ikinci hissəsində Suriyada döyüşən terrorçular görünür. Onlar silahdaşlarını Rusiyaya gəlməyə və düşmənlə mübarizə aparmağa çağırırlar. Onlar Çeçenistan rəhbəri Ramzan Kadırovu “Lyulya Kafırov” adlandırırlar.
Bir müddət öncə Kadırov açıqlamasında Çeçenistanda terrorçuluq və ekstremizmlə uğurla mübarizə aparıldığını bildirmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...