“Moodys” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin Moskvadakı törəməsi olan “ABB Moskva”nın yerli və xarici valyutada uzun və qısamüddətli depozit reytinqini geri çağırıb
Bu barədə “APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir .
Bildirilir ki, agentlik bankın əsas kredit qiymətləndirilməsi reytinqini də geri çağırıb. “Reytinqin geri çağırılması müddətində bankın uzunmüddətli bütün reytinqləri üzrə proqnoz stabil olub. Reytinqin geri çağırılması agentliyin öz biznes maraqları ilə əlaqədardır,” – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 2018-ci il martın 14-də ABB-nin səhmdarlarının ümumi yığıncağında “ABB-Moskva” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb. 2002-ci ildən Rusiyada fəaliyyət göstərən bankın səhmlərinin 100%-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus olub.
MilliYol.Az
Digər xəbərlər
loading...