Fransa əhalisinin yarıdan çoxu Prezident Emmanuel Makronun iqtisadi siyasətini bəyənmir. Bu barədə məlumat “Odoxa” mərkəzinin BFMTV telekanalı üçün keçirdiyi ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqata əsasən, fransızların 58 faizi Makronun iqtisadi xəttini mənfi, 42 faizi isə prezidentin bu sahədəki addımlarını müsbət qiymətləndirir. Makronun iqtisadi siyasətinə etimadın 2017-ci ilin iyul ayından bəri 7 faiz azaldığı bildirilir.
“Hazırda nəqliyyatda tətillərlə müşayiət olunan mürəkkəb sosial kontekstlə qarşılaşdığımız üçün bu fenomen maraqlı görünür”, – deyə tədqiqatda bildirilir.
Sorğu 25-26 apreldə 1007 insan arasında keçirilib.
Xatırladaq ki, Fransada aprelin əvvəlindən öz sahələrində islahatlara qarşı çıxan dəmiryolçuların kütləvi tətilləri başlayıb. Təhsil sahəsində də islahatlara mənfi yanaşan fransız tələbələr arasında da narazılıqlar artmaqdadır.
MilliYol.Az
Digər xəbərlər
loading...