“Gürcüstan İpək yolu təşəbbüsü çərçivəsində Azərbaycanla ilk birgə sərhəd məntəqəsinin yaradılması imkanlarını müzakirə edir”
Bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Manilada keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) illik toplantısında deyib.
Nazir bildirib ki, İpək yolu təşəbbüsündə iştirak edən bütün ölkələr infrastruktur layihələrinə fəal olaraq investisiyalar yatırır: “Gürcüstan bütün regional layihələrdə fəal iştirak edir. Mərkəzi Asiya regionu mineral resurslarla zəngindir. Bu, çox maraqlı bazardır. Buna görə də biz bu regionu dünya iqtisadiyyatına daha yaxşı inteqrasiya etməliyik”.
M.Baxtadze bildirib ki, Gürcüstan və Cənubi Qafqaz regionu bu prosesdə əsas rol oynayır: “Gürcüstan regionda Avropa İttifaqı və Çinlə azad ticarət rejimi olan yeganə ölkədir. Avropanın Asiya ilə əlaqələndirilməsi regionda ÜDM-in artım tempinə əhəmiyyətli təsir göstərəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...