Azərbaycanda dərman vasitələrinin reklamının qadağan edilməsi təklif edilir
Bu təkliflə Milli məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, dərmanların reklamı alkoqollu içkilərin və siqaretin reklamından da təhlükəlidir: “Bu Avropada da həssas məsələdir və məhdudiyyətlər var. Bizdə də buna yenidən baxıb və məhdudlaşdırmalıyıq. Çünki son vaxtlar bununla bağlı baş verənlər buna kifayət qədər əsas verir”.
MilliYol.Az
Digər xəbərlər
loading...