"Son zamanlar mediada "Azərişıq" ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) rəisi Canəhməd Əhmədovun özbaşınalığı, daha doğrusu əxlaqsızlığı ilə bağlı xəbərlər işıqlandırıldı. Amma təəssüf ki, Canəhməd Əhmədov cəmi 500 manat xərc çəkməklə həmin xəbərləri saytlardan yığışdıra bildi. Sizdən xahiş edirik ki, Canəhməd Əhmədovun İmişli rayonundə etdiyi əxlaqsız hərəkəti işıqlandırasınız"
Bu sözlər İmişli rayon sakinlərinin redaksiyamıza göndərdiyi şikayətdə yer alıb. Şikayətdə bildirilir ki, Canəhməd Əhmədov Aran elinə yaraşmayan hərəkətlər etməkdən də çəkinmir və milli mentalitetə zidd davranışları ilə qısa müddətdə İmişlidə xüsusi ad çıxara bilib. Belə ki, 2 ay əvvəl Canəhməd Əhmədov tabeliyində işləyən xanımlardan birinə əxlaqsız təklif edib. Həmin xanım əməkdaş (xanımın kimliyi şikayətdə əksini tapsada, adını açıqlamağı lazım bilmirik – red.) bu təklifi rədd edir. Bu hadisədən sonra Canəhməd Əhmədovun etdiyi əxlaqsız hərəkət rayonda böyük söz-söhbətə səbəb olur ki, nəticədə əxlaqsız təklifi rədd edən xanımın ailəsi dağılır və işdən çıxmalı olur. Həyat yoldaşı bu hadisədən sonra “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə əli baltalı hücum edərək, Canəhməd Əhmədovu öldürmək istəyib. Canəhməd Əhmədov həmin zaman idarədə gizlənir. İdarə müdirini tapa bilməyən həmin şəxs idarənin içində və çolundə qarşısına çıxan hər şeyi dağıdır. Canəhməd Əhmədov idarəni dağıdan həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmir və məsələnin ictimailəşməsinin qarşısını almaq üçün bütün addımları atır.
Şikayətdə həmçinin qed olunur ki, Canəhməd Əhmədov tabeliyində işləyən bütün işçiləri ilə kobud davranır. Hətta işə təzə gələn əməkdaşlarının da qarşısında fantastik tələblər qoyur. Cəbhəboyu bölgələrdə çalışan əməkdaşları təhqir etməkdən çəkinmir. Şikayətdə iddia edilir ki, böyük bir vəzifəni icra edən Canəhməd Əhmədovda şizofreniya xəstəliyindən əziyyət çəkir və buna görə müalicə də alıb.
Redaksiyamızın apardığı araşdırmalar zamanı məlum oldu ki, Canəhməd Əhmədov bu vəzifəə qədər Qaradağ rayonunda çalışıb. Bu zaman işində ol verdiyi qanunsuzluqlara görə, Baba Rzayev tərəfindən işdən çıxarılıb. Buna səbəb Canəhməd Əhmədovla bağlı iş adamlarının çoxsaylı şikayətlər etməsi və daş karxanalarına "leviy" işıq xətləri çəkməsi olub.
Amma qısa müddət sonra Canəhməd Əhmədov Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Ötən il Prezident İlham Əliyev bir qrup "Azərişıq" əməkdaşını təltif edən zaman Canəhməd Əhmodava əməkdar mühəndis adı verilir. Belə bir şəxsin adının əməkdar mühəndis adına təqdimatını vermək böyük korrupsiya maraqlarından xəbər verir. İmişli sakinlərinin sözlərinə görə, Canəhməd Əhmədovu "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov himayə edir. Onun bütün qanunsuz əməllərini sədr müavini görməzdən gəlir. Buna görə o, heç Baba Rzayevi də saymır və ASC sədrini saymaması ilə qürrələnir.
Redaksiyamıza Canəhməd Əhmədovla bağlı daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
MilliYol.Az
Digər xəbərlər
loading...