"Mançester Yunayted"in baş məşqçisi 21 yaşlı yarımmüdafiəçi Skott Maktominey haqqında danışıb
MilliYol goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsis bunları deyib:
"Böyük kluba düşən hər bir gənc oyunçu əsas komandada oynamaq istəyir. Onun arzusu yerinə yetəndə Çempionlar Liqasında meydana çıxmaq, milliyə dəvət almağa çalışır. Bu oğlan mövsümə akademiyada başladı və 6 ay ərzində istədiyi hər şeyi aldı. Buna görə, Manchester United-də mövsümün oyunçusu Maktominey olmalıdır. Əvvəlcə Matiçi mövsümün ən yaxşısı hesab edirdim. Amma Maktominey gənc futbolçular üçün nəzərdə tutulan heç bir mükafatı almadığına görə fikrimi dəyişdim. Skott mükafatsız qalmamalıdır. Buna görə səsimi ona verdim".
Digər xəbərlər
loading...